Millimizin futbolçusu "Neftçi"də 100-cü oyununu keçirdi
Futbol
- 05 oktyabr, 2020
- 06:34
Azərbaycan millisinin futbolçusu Namiq Ələsgərov “Neftçi”nin heyətində 100-cü oyununu keçirib.
"Report" Peşəkar Futbol Liqasının saytına istinadən xəbər verir ki, bu, Azərbaycan Premyer Liqasının V turuna təsadüf edib. “Zirə” ilə səfər matçına qədər 99 oyunda 16 qol vuran yarımmüdafiəçi ağ-qara formada 100-cü dəfə meydana çıxıb.
"Ağ-qaralar"ın heyətində debütü 2017/2018 mövsümündə gerçəkləşən Ələsgərov ölkə çempionatında 84 qarşılaşmada şans qazanıb. 25 yaşlı oyunçu bu görüşlərdə 13 qol vurub. Ölkə kubokunda 9 oyunda 2 dəfə fərqlənən yarımmüdafiəçi Avropa Liqasında 7 matça çıxıb və 1 dəfə rəqib qapısına yol tapıb.
Qeyd edək ki, "Neftçi" "Zirə"yə 0:1 hesabı ilə uduzub.
Son xəbərlər
17:30
Avropalı diplomatlar İsrail yaşayış məntəqələri ilə ticarətin qadağan edilməsini müzakirə edəcəklər
Digər ölkələr17:10
Türkiyəli müğənni Haluk Levent saxlanılıb
Hadisə16:44
Sabahın havası meteohəssas insanlar üçün əlverişli olacaq
Sağlamlıq16:30
Türkiyə Nazirlər Kabineti NATO sammitini, İranı və Ukraynanı müzakirə edəcək
Region16:18
Omanda zədələnən GFS Galaxy gəmisinin dənizçiləri xilas edilib
Digər ölkələr16:04
Ukraynanın Baş naziri istefa verəcək
Digər ölkələr15:56
Xaçmazda elektrik dirəyindən yıxılan kişi ölüb
Hadisə15:43
İraqın Baş naziri neft və qaz sazişlərini müzakirə etmək üçün sabah Vaşinqtona səfər edəcək
Digər ölkələr15:23
Video