Mövsümün rekordu: "Şerif" 10 cavabsız qolla qalib gəldi
Futbol
- 16 aprel, 2021
- 15:28
Futbol üzrə Moldova Milli Divizionunda 2020/2021 mövsümünün ən böyükhesablı qələbəsi qeydə alınıb.
"Report" xəbər verir ki, mövsümün rekordu çempionatın XXVIII turunun "Sperantsa" - "Şerif" matçına təsadüf edib.
Tiraspol təmsilçisi səfərdə rəqibinə 10 cavabsız qolla qalib gəlib. Qonaqların heyətində Lovro Bizyak het-trik, Nadrey Daqo isə dubl müəllifi olub. Digər qolları Frank Kastanyeda, Dmitris Kolovos, Adama Traore, Qustavo Dulanto və Piter Banda vurublar.
Hazırda "Şerif"in formasını geyinən "Zirə"nin sabiq hücumçusu Riçard Qadze 70-ci dəqiqədə meydana daxil olub.
Qeyd edək ki, bu qələbədən sonra xallarını 77-yə çatdıran "Şerif" liderliyini möhkəmlədib. "Sperantsa" isə 19 xalla 8-ci pillədə qərarlaşıb.
Son xəbərlər
09:13
Şahmat üzrə Azərbaycan çempionatında yarımfinal mərhələsi başlayır
Fərdi09:08
Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XIV tura start veriləcək
Komanda09:03
DYP: Yük avtomobillərinin iştirakı ilə baş verən avto qəzaların artması ciddi narahatlıq doğurur
Hadisə09:00
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (17.02.2026)
Maliyyə08:59
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (17.02.2026)
Maliyyə08:56
İtaliya Rusiya nümayəndə heyətini Cenevrəyə aparan təyyarənin keçidinə icazə verib
Digər ölkələr08:35
Neymarın Braziliya millisinə hansı halda çağırılacağı məlum olub
İdman08:17
Bakıda 12 istiqamətdə tıxac müşahidə olunur
İnfrastruktur08:13