Monteneqro millisinə yeni baş məşqçi təyin olundu
Futbol
- 28 dekabr, 2020
- 15:46

Futbol üzrə Monteneqro millisinin yeni baş məşqçisinin adı açıqlanıb.
"Report" Monteneqro Futbol İttifaqının rəsmi saytına istinadən xəbər verir ki, yığmanın sükanı arxasına Miodraq Raduloviç təyin olunub.
Yerli mütəxəssislə 1 illik müqavilə imzalanacaq. O, bu vəzifədə sözləşməsi başa çatan Faruk Hacibegiçi əvəzləyib. Raduloviç milli komandanın tarixində sayca 6-cı baş məşqçi olub.
Qeyd edək ki, Monteneqro UEFA Millətlər Liqasında Azərbaycan yığması ilə eyni qrupda yer alıb. İlk oyunda rəqibinə 0:2 hesabı ilə uduzan Canni De Byazinin başçılıq etdiyi komanda ikinci qarşılaşmada qolsuz heç-heçə edib. Qrupu zirvədə tamamlayan Monteneqro seçməsi pley-offa vəsiqə qazanıb.
Son xəbərlər
04:18
Avropa ölkələrinin liderləri yenidən ABŞ-yə səfər edəcəklər
Digər ölkələr03:54
Tramp: Əminəm ki, Rusiya-Ukrayna münaqişəsini həll edəcəyik
Digər ölkələr03:27
Qazaxıstan millisinin baş məşqçisi istefa verdiyini açıqlayıb
Futbol02:58
Ərzurumda evin çökməsi nəticəsində 3 nəfər ölüb, 5 nəfər yaralanıb
Region02:28
HƏMAS dərhal danışıqlar masasına oturmağa hazır olduğunu bildirib
Digər ölkələr01:47
İran sanksiyaların ləğvi müqabilində nüvə obyektlərində yoxlamaları bərpa etməyə hazırdır
Region01:19
Türkiyənin daxili işlər naziri müxalifətə aksiyalarla bağlı xəbərdarlıq edib
Region00:55
Cari ilin sonuncu Ay tutulması başa çatıb - YENİLƏNİB
Elm və təhsil00:43