"Monako" rusiyalı futbolçunu ölkəsinə buraxmadı
Futbol
- 19 mart, 2021
- 16:56

Fransanın "Monako" komandasının futbolçusu Aleksandr Qolovin Rusiya millisinin Soçidəki təlim-məşq toplanışına qatıla bilməyəcək.
"Report" Liqa 1 təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, klub 25 yaşlı yarımmüdafiəçinin ölkəsinə getməsinə icazə verməyib.
O, komandasının DÇ-2022-nin seçmə mərhələsində martın 27-də Sloveniya ilə evdə oynayacağı matçda çıxış etməyəcək.
Rusiya Avropa Birliyinə daxil olmadığından, Qolovin yığmanın düşərgəsindən qayıtdıqdan sonra 5 gün karantində qalmalı idi. Bunu nəzərə alan "Monako" rəhbərliyi onun Soçi toplanışında və ölkəsindəki oyunda iştirak etməməsini məqsədəuyğun sayıb.
Amma Qolovin Rusiya millisinin martın 24-də Malta və 30-da Slovakiya ilə səfər görüşlərində meydana çıxa biləcək.
Son xəbərlər
17:50
Qadın voleybolçular arasında Yüksək Liqanın I turunda daha bir oyun keçirilib
Komanda17:47
Azərbaycan Çinin qida təhlükəsizliyi təşəbbüsünə qoşulub
Sağlamlıq17:47
Naxçıvanda bank əmanətləri 52 %-ə yaxın artıb
Maliyyə17:45
"TuranBank" III rübün maliyyə nəticələrini elan edib
Maliyyə17:42
"Formula 1": "Mercedes" komandası iki pilotu ilə müqavilənin müddətini uzadıb
Formula 117:38
Hikmət Hacıyev Almaniya kanslerinin müşaviri ilə görüşüb
Xarici siyasət17:37
Foto
Naxçıvana payızlıq əkin üçün yüksək keyfiyyətli taxıl toxumu gətirilib
ASK17:37
Hər ili əsrə bərabər 22 il - ŞƏRH
Analitika17:36