Mirça Luçesku mətbuat konfransını boykot edib
Futbol
- 28 iyul, 2022
- 06:20
Ukraynanın "Dinamo" (Kiyev) komandasının baş məşqçisi Mirça Luçesku Türkiyədə "Fənərbağça"ya qarşı keçirdikləri UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunundan sonra mətbuat konfransını boykot edib.
"Report"un məlumatına görə, buna İstanbul təmsilçisinin azarkeşlərinin səsləndirdiyi şüarlar səbəb olub.
"Dinamo"nun ilk qolundan sonra fanatlar Rusiya prezidenti Vladimir Putinin adını çəkməyə başlayıb. 77 yaşlı rumıniyalı mütəxəssis yerli mətbuata açıqlamasında tərəfdarlardan belə şüarlar gözləmədiyini bildirib.
Qeyd edək ki, matçın əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. İlk görüşdə qolsuz bərabərlik qeydə alındığı üçün əlavə vaxta ehtiyac duyulub. Əlavə vaxtda 1:0 hesablı qələbə qazanan Kiyev klubu növbəti mərhələyə yüksəlib.
Son xəbərlər
08:08
Foto
Həftənin ilk günü Bakıda beş istiqamətdə nəqliyyatın sıxlığı yaranıb
İnfrastruktur07:56
Lixtenşteyndə dövlət reyestrinə kiberhücum təşkil edilib
Digər ölkələr07:13
Ukrayna "Patriot" üçün sursat çatışmazlığı ilə üzləşib
Digər ölkələr06:47
Yasamal rayonunun bir sıra ərazilərində üç saat işıq olmayacaq
Energetika06:20
Tramp ABŞ qoşunlarının regiondan çıxarılması xəbərlərini şərh etməkdən yayınıb
Digər ölkələr05:51
Vaşinqtonda on minlərlə insan genişmiqyaslı yanğınlar səbəbindən evlərini tərk edib
Digər ölkələr05:18
İspaniya hakimiyyəti Seutada miqrantlara su paylanmasını təşkil edib
Digər ölkələr04:50
Reyndə su səviyyəsinin enməsi Almaniyada yükdaşımalarına təhlükə yaradır
Digər ölkələr04:24