"Mingəçevir"in baş məşqçisi Ramiz Məmmədovun apellyasiya şikayəti təmin edilib

Futbol
  • 11 mart, 2026
  • 16:52
Mingəçevirin baş məşqçisi Ramiz Məmmədovun apellyasiya şikayəti təmin edilib

Azərbaycan I Liqasında çıxış edən "Mingəçevir" komandasının baş məşqçi Ramiz Məmmədovla bağlı verdiyi apellyasiya şikayəti təmin olunub.

"Report" AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Apellyasiya Arbitraj Tribunalı bu barədə qərar qəbul edib.

Mütəxəssisin dörd oyunluq cəzasının biri İntizam Məcəlləsinin 19-cu maddəsinə uyğun olaraq təxirə salınıb. R.Məmmədova 6 aylıq sınaq müddəti təyin edilib.

Xatırladaq ki, Ramiz Məmmədov XV turda "Şəfa"ya qarşı keçirdikləri matçın 45-ci dəqiqəsində hakimi təhqir etdiyi üçün 4 oyunluq diskvalifikasiya edilib, klub 3 000 manat cərimələnib.