Millimizin qrupunda komanda sayı artırıldı
Futbol
- 08 dekabr, 2020
- 18:47
DÇ-2022-nin seçmə mərhələsində Azərbaycan millisinin yer aldığı A qrupunda komanda sayı artırılıb.
"Report" AFFA-nın saytına istinadən xəbər verir ki, UEFA son Asiya çempionu və mundialın ev sahibi olan Qətər seçməsini hazırlıq məqsədilə bu qrupa dəvət edib.
Bu komanda A qrupunda yer alan bütün kollektivlərlə təqvimə uyğun olaraq ev-səfər prinsipi əsasında qarşılaşacaq.
Rəqiblərin səfər məsafəsinin qısa olması üçün Qətər millisinin ev oyunları Avropada keçiriləcək.
Bu yığmanın iştirakı ilə baş tutacaq ev qarşılaşmalarının məkanı və saatı barədə əlavə məlumat veriləcək.
Qeyd edək ki, A qrupunda Azərbaycan və Qətərlə yanaşı, Portuqaliya, Serbiya, İrlandiya və Lüksemburq yığmaları da qərarlaşıb.
Son xəbərlər
02:52
DÇ-2026: Norveç İraqla oyunda fasiləyə öndə yollanıb - YENİLƏNİR-4
Futbol02:37
Didye Deşam: "Seneqal ilk hissədə bizə çətinlik yaratdı"
Futbol02:37
Vens: ABŞ-İran sazişi İsrail, Livan və Fars körfəzi ölkələrini əhatə edəcək
Digər ölkələr02:15
Türkiyə parlamentinin iş müddəti uzadılıb
Region01:37
Paris və Kiyev müdafiə innovasiyaları sahəsində əməkdaşlıq barədə saziş imzalayıb
Digər ölkələr01:30
Rəşad Sadıqov: "Konfrans Liqasındakı rəqibimiz çox təcrübəli komandadır"
Futbol01:29
Maykl Olise Fransa - Seneqal matçının ən yaxşı futbolçusu olub
Futbol01:25
Mbappe dünya çempionatları tarixində bombardirlər sırasında üçüncü yerə yüksəlib
Futbol01:04
Foto