Millimizin futbolçusu məhkəmə qarşısında: 3 il həbs oluna bilər
Futbol
- 06 oktyabr, 2020
- 05:32
Azərbaycan millisinin və İspaniyanın "Albasete" klubunun futbolçusu Eddi İsrafilov məhkəmə qarşısına çıxacaq.
"Report" "futbolbalear.es" nəşrinə istinadən xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi 2016-cı ildə "Eybar"da çıxış edərkən sabiq komanda yoldaşları Serxio Enriç və Antonio Lunanın bir xanımla cinsi əlaqə videosunu yaymaqda ittiham olunur.
İsrafilovla yanaşı, sözügedən oyunçular barədə də qərar veriləcək. Günahları sübuta yetirilərsə, Enriç və Luna 5 il, İsrafilov isə 3 il müddətinə azadlıqdan məhrum oluna bilərlər. Onlar eyni zamanda zərərçəkmişə təzminat da ödəməli olacaqlar.
San-Sebastyan cinayət məhkəməsinin iclası oktyabrın 14-də olacaq.
Qeyd edək ki, Eddi İsrafilov 2015-ci ildən Azərbaycan millisində çıxış edir.
Son xəbərlər
00:31
DÇ-2026: Belçika Misirlə oyunda hesabı bərabərləşdirib - YENİLƏNİR-4
Futbol00:13
Kabo Verde millisinin baş məşqçisi: "İspaniya ilə heç-heçə komandanın potensialını göstərir"
Futbol00:10
Azərbaycanda Məhərrəm ayı başlayıb
Din00:05
ABŞ-də "B-52" bombardmançı təyyarəsi qəzaya uğrayıb
Digər ölkələr23:47
"Fars": İran atəşkəs dövründə müdafiə gücünü artıracaq
Region23:47
Aİ aviasərnişinlərin hüquqları ilə bağlı qaydaların islahatını razılaşdırıb
Digər ölkələr23:27
Netanyahu: İranın nüvə silahı olmayacaq
Digər ölkələr23:24
İdman Arbitraj Məhkəməsi "Turan Tovuz"un Konfrans Liqası ilə bağlı şikayətini təmin etməyib
Futbol23:11