Millimizin futbolçusu ABŞ-da rəmzi komandaya düşdü
Futbol
- 16 sentyabr, 2020
- 05:14
Azərbaycan yığmasının futbolçusu Rüfət Dadaşov ABŞ Milli Futbol Liqasında (USL) həftənin komandasında düşüb.
"Report"un məlumatına görə, "Finiks Rayzinq" klubunda çıxış edən 29 yaşlı hücumçu buna XII turda "Las-Veqas Layts"ı məğlub etdikləri matçdakı oyununa görə nail olub.
Dadaşov 5:1 hesabı ilə qələbə qazandıqları matçda 2 qol vurub və məhsuldar ötürmə ilə yadda qalıb.
Hazırda "Finiks Rayzinq" 12 oyundan sonra 26 xalla B qrupunda liderdir.
Qeyd edək ki, aktivində 10 qol olan Rüfət Dadaşov Azərbaycan yığmasının UEFA Millətlər Liqasında Lüksemburq və Kiprlə oyunlarına çağırılmamışdı.
Son xəbərlər
19:15
KİV: ABŞ İranla böyük müharibəyə yaxınlaşır
Digər ölkələr19:13
Temperatur 4-6 dərəcə enəcək - XƏBƏRDARLIQ
Ekologiya18:56
Foto
Azərbaycan cüdoçuları üçün seminar təşkil olunub
Fərdi18:53
Foto
Rusiyadan gətirilən palma yağının dövriyyəyə buraxılmasının qarşısı alınıb
Sağlamlıq18:49
"Axios": ABŞ dövlət katibi Raul Kastronun nəvəsi ilə Kubanın gələcəyi barədə gizli şəkildə danışıqlar aparır
Digər ölkələr18:47
10 avtobus marşrutu üzrə keçirilən müsabiqələrin qalibləri müəyyənləşib
İnfrastruktur18:41
Foto
SOCAR və "Baker Hughes" quyular üzrə rəqəmsallaşmanın aparılmasını müzakirə edib
Energetika18:17
Azərbaycanın dağ xizəkçisi XXV Qış Olimpiya Oyunlarında tarixi nəticəyə imza atıb - YENİLƏNİB-2
Fərdi18:00