Milli komandanın futbolçularında dopinq aşkarlandı
Futbol
- 22 dekabr, 2020
- 14:34
Avstriyanın "Zaltsburq" komandasının futbolçuları Məhəmməd Kamara və Seku Koytadan noyabrın 22-də götürülmüş dopinq testləri müsbət nəticə verib.
"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, onlar qadağan olunmuş maddəni Mali yığmasının düşərgəsində yüksəklik xəstəliyi olan insanlar üçün nəzərdə tutulmuş dərmanın tərkibində qəbul ediblər.
Hər iki futbolçu həmin vaxt Afrika Millətlər Kubokunun Nambiya ilə səfər oyununda meydana çıxıb. Qarşılaşma dəniz səviyyəsindən 1 700 metr hündürlükdə yerləşən stadionda keçirilib.
Klubdan verilən açıqlamada futbolçuların buna görə hər hansı cəza almayacağı və komandada qalacağı, həmçinin məsələni aydınlaşdırmaq üçün UEFA və əlaqədar qurumlarla əməkdaşlıq ediləcəyi bildirilib.
Son xəbərlər
13:08
Ötən il ekoloji hüquqpozmalarla bağlı 3 milyon manatdan çox cərimə tətbiq edilib
Ekologiya13:05
Baş nazir: ABŞ-nin Qrenlandiyanı ələ keçirməsi NATO-nun sonu demək olacaq
Digər ölkələr12:56
Sabah 17 dərəcə isti olacaq - PROQNOZ
Ekologiya12:50
Xırdalanda hündürlükdən yıxılan 42 yaşlı qadın ölüb
Hadisə12:45
Hacı Bayram Vəli Universitetinin dekanı: Türk dövlətlərinin yerləşdiyi bölgə qlobal güclərin mərkəz nöqtəsidir
Xarici siyasət12:43
Rusiyada 4,8 maqnitudalı zəlzələ baş verib
Region12:39
Braziliyalı futbolçu "İnter"ə keçə bilər
Futbol12:37
Sumqayıtda 1200 abonentin qazı kəsiləcək
Energetika12:31