"Milan" 38 yaşlı qapıçını transfer edib
Futbol
- 13 oktyabr, 2021
- 18:36
İtaliya "Milan"ı heyətini yeni qapıçı ilə gücləndirib.
"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, Milan şəhərinin eyniadlı təmsilçisi Antonio Miranteni transfer edib.
38 yaşlı qolkiperlə cari mövsümün sonunadək müqavilə imzalanıb. Təcrübəli qapıçı yeni komandasına azad agent kimi keçib.
"Milan" əsas qapıçısı Mik Menyanın 10 həftəlik sıradan çıxmasından sonra Mirante ilə danışıqlara başlamışdı.
Qeyd edək ki, son klubu "Roma" olan Antonio Mirante bu ilin iyununda "canavarlar"la vidalaşıb. İtaliyalı qolkiper karyerası ərzində ölkəsinin "Krotone", "Yuventus", "Sampdoriya", "Parma" və "Bolonya" klublarının da formasını geyinib.
Son xəbərlər
12:08
Əl-Yami Azərbaycanın insan hüquqları sahəsində əməkdaşlığın inkişafına töhfəsini qeyd edib
Xarici siyasət12:07
Almaniya Ukraynaya 200 milyon dollar ayıracaq
Digər ölkələr12:01
Vasip Şahin: Süni intellekt yalnız texnoloji deyil, həm də hüquqi çağırışdır
İKT12:00
Anar Sarıyev: "Avropa çempionatındakı qrupumuz çox çətindir"
Komanda11:58
Pistorius: Almaniya Hörmüzdə mümkün minatəmizləmə missiyası üçün iki gəmi göndərir
Digər ölkələr11:57
Belçika AMRAAM raketlərinin istehsalı və Ukraynaya yardımı gücləndirəcək
Digər ölkələr11:52
Emin Əmrullayev: Qərbi Azərbaycan mövzusu artıq strateji fəaliyyət istiqamətinə çevrilib
Daxili siyasət11:44
Rütte: Müharibə başlayacağı halda NATO müttəfiqləri, o cümlədən ABŞ bütün imkanlardan istifadə edəcək
Digər ölkələr11:43