Məsut Özil ixtisara düşən maskotun maaşını öz üzərinə götürdü
Futbol
- 06 oktyabr, 2020
- 19:51
İngiltərə "Arsenal"ın futbolçusu Məsut Özil klubda maskot kimi çalışmış əməkdaşa maliyyə dəstəyi göstərməyə razı olub.
"Report"un məlumatına görə, bu barədə türk əsilli yarımmüdafiəçinin özü şəxsi "Twitter"ində yazıb.
Avqustun əvvəlində klub koronavirus pandemiyası dövründə gəlirlərin azalması ilə əlaqədar 55 əməkdaşını ixtisara salıb. Onların arasında 27 il maskot kimi çalışmış Cerri Kuay da olub. "Qunnerzavr"ın ixtisara düşməsindən məyusluq ifadə edən 32 yaşlı oyunçu isə "Arsenal"da çıxış etdiyi müddətdə maskotun əmək haqqını ödəyəcəyini bildirib.
Qeyd edək ki, Məsut Özilin əmək haqqı həftədə 350 min funt sterlinqdir. O, komandada 2013-cü ildən çıxış edir. Özil bu mövsüm meydana çıxmayıb.
Son xəbərlər
18:27
İrandan Azərbaycana indiyədək 3 322 şəxs təxliyə olunub
Daxili siyasət18:22
İranda müharibəyə görə dəyən ziyanın hesablanmasına başlanılıb
Region18:22
Azərbaycanda vahid büdcə təsnifatı yenilənib
Milli Məclis18:18
Azərbaycanda istehlak bazarlarında reqlamentsiz mallara nəzarət tədbirləri ilə bağlı qaydalar təqsdiqlənib
Biznes18:14
Tağıyev qəsəbəsində dəm qazından zəhərlənən ailəyə sosial-psixoloji yardım gözstəriləcək
Sosial müdafiə18:10
Foto
Azərbaycanın ali məktəbləri Qazaxıstanda "Study in Azerbaijan"da öz imkanlarını təqdim ediblər
Elm və təhsil18:08
Şəhriyar Əsgərov: "Quba" klubu boyundan hündürə tullana bilməzdi"
Komanda18:04
Azərbaycanın TOP-10 özəl şirkətinin qeyri-neft ixracı 3 dəfəyə yaxın artıb
Biznes18:02