Messidən sonra yalnız iki argentinalı futbolçu La Liqada bir oyunda 3 və ya daha çox qol vurub

Futbol
  • 25 sentyabr, 2025
  • 11:23
Messidən sonra yalnız iki argentinalı futbolçu La Liqada bir oyunda 3 və ya daha çox qol vurub
Xulian Alvares

İspaniyanın "Atletiko" klubunun futbolçusu Xulian Alvares La Liqada Lionel Messidən sonra bir matçda 3 və ya daha çox qol vuran ikinci argentinalı futbolçu olub.

"Report" xəbər verir ki, hücumçu buna "Rayo Valyekano"ya qalib gəldikləri VI turun matçında imza atıb.

Forvard qarşılaşmada het-triklə yadda qalıb. Alvares Messi və Valentin Kastelanosdan sonra bunu bacaran üçüncü argentinalı oyunçudur.

Messi 2020-ci ildə "Barselona"da çıxış edərkən "Eybar"la görüşdə 4 qola imza atıb. Kastelanos isə "Jirona"nın heyətində "Real"ın qapısından dörd top keçirib.

Qeyd edək ki, "Atletiko" "Rayo Valyekano"ya 3:2 hesabı ilə qalib gəlib.

Son xəbərlər

Bütün Xəbər Lenti