Messi PSJ-də daha bir mövsüm keçirəcək
Futbol
- 23 dekabr, 2022
- 05:03
Argentina millisinin ulduz futbolçusu Lionel Messi yayda Fransanın PSJ klubunu tərk etməyəcək.
"Report" "Relovo" nəşrinə istinadən xəbər verir ki, Paris təmsilçisinin prezidenti Nasser el-Xelaifi 35 yaşlı hücumçunun atası ilə görüşüb.
Toplantıda təcrübəli oyunçunun klubda daha bir mövsüm keçirməsi ilə bağlı şifahi razılıq əldə olunub.
Bundan əlavə, Messiyə sabiq klubu İspaniya "Barselona"sından rəsmi təklif gəlmədiyi də bildirilib.
Messi Qətərdəki dünya çempionatının qalibi olduqdan sonra daha bir dəfə UEFA Çempionlar Liqasını qazanmaq niyyətindədir.
Qeyd edək ki, Lionel Messinin PSJ ilə müqaviləsi 2023-cü ilin iyununda başa çatmalıdır.
Son xəbərlər
03:44
Şanlıurfada avtomobil dərəyə aşıb, sərnişinlər ölüb
Region03:15
Senat Trampın İranla müharibədə səlahiyyətlərini məhdudlaşdırmayıb
Digər ölkələr02:48
SEPAH: ABŞ-nin "Tomahawk" raketi məhv edilib
Region02:20
Gürcüstanda elektrik enerjisinin verilişi bərpa olunub - YENİLƏNİB-3
Region02:20
Kavelaşvili: Azərbaycan və Türkiyə Gürcüstanın regional rolunu yüksək qiymətləndirir
Region01:51
ABŞ Rusiyanın ali məktəblərini milli təhlükəsizliyə təhdidlər siyahısına daxil edib
Digər ölkələr01:17
"Tasnim": ABŞ ordusu Qeşm adasına raket hücumu edib
Region00:50
Tramp: Si Cinpin sentyabrın 24-də ABŞ-yə səfər edəcək
Digər ölkələr00:21