Messi ikinci dəfə ata olub
Futbol
- 11 sentyabr, 2015
- 12:27
Bakı. 11 sentyabr. REPORT.AZ/ İspaniyanın "Barselona" klubunun və Argentina milli komandasının futbolçusu Lionel Messi ikinci dəfə ata olub. "Report"un məlumatına görə, bu gün həyat yoldaşı Antonella 28 yaşlı hücumçu üçün daha bir oğul dünyaya gətirib.
Messinin ilk oğlu Tiaqo 2012-ci ilin noyabrında doğulub. Sevindirici olayla əlaqədar "Barselona"nın baş məşqçisi Luis Enrike məşhur futbolçunu bugünkü hazırlıq prosesindən azad edib.
Qeyd edək ki, bu həftə Lionel Messi "Barselona"da bir məşq belə keçirməyib. O, Argentina millisinin oyunundan sonra İspaniyaya yenicə qayıdıb. Lakin Messi sabah "Barsa"nın heyətində "Atletiko" ilə oyun üçün Madridə yollanacaq və meydana çıxa biləcək.
Son xəbərlər
13:41
Hövsanın bəzi hissəsində su kəsiləcək
İnfrastruktur13:41
Paşinyanın yeni hökumətinin prioritetləri – müxalifət, kilsə və sülh prosesi - ŞƏRH
Analitika13:31
Marius Mitu: "Birbaşa Bakı" Çempionlar Liqasında hər matçı qazanmaq üçün mübarizə aparacaq"
Futbol13:28
KOBİA: "Gəncə KOB evi"ndə sahibkarlara 2 000-dən çox xidmət göstərilib
Biznes13:28
Enerji effektivliyi haqqında qanuna dəyişikliklər təsdiqlənib
Maliyyə13:25
İlham Əliyev Azərbaycanda avtonom nəqliyyat vasitələrinin tətbiqini təsdiqləyib
İnfrastruktur13:21
Fransada meşə yanğınları ilə əlaqədar 375 nəfər saxlanılıb
Digər ölkələr13:19
AMB elektron pul təşkilatına icrası məcburi göstəriş verib
Maliyyə13:15