Messi Kiyevə aparılmadı
Futbol
- 23 noyabr, 2020
- 12:30
İspaniyanın "Barselona" klubunun ulduz futbolçusu Lionel Messi Çempionlar Liqasının qrup mərhələsinin IV turunda Ukraynada Kiyev "Dinamo"suna qarşı matçı buraxacaq.
"Report" Kataloniya təmsilçisinin rəsmi tvitter hesabına istinadən xəbər verir ki, 33 yaşlı argentinalı hücumçu həmin qarşılaşmaya sifariş olunmayıb.
Bundan əlavə, Frenki De Yonqun adı da iştirak ərizəsinə daxil edilməyib. Baş məşqçi Ronald Kumanın hər iki oyunçuya istirahət verdiyi bildirilib.
Qeyd edək ki, noyabrın 24-də keçiriləcək "Dinamo" - "Barselona" matçı Bakı vaxtı ilə saat 24:00-da başlayacaq.
Son xəbərlər
09:21
Türkiyə - Paraqvay oyununun ən yaxşı futbolçusu Matias Qalarsa seçilib
Futbol09:14
DYP həftəsonu səfərləri zamanı sürücü və piyadaları diqqətli olmağa çağırıb
Daxili siyasət09:05
DÇ-2026: Türkiyə millisi növbəti mərhələ şansını erkən itirib - YENİLƏNİB-4
Futbol09:01
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (20.06.2026)
Maliyyə09:01
3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsi bu gün başlayır
Komanda09:00
Kamçatka sahillərində güclü zəlzələ baş verib
Region08:44
Əraqçi Livanda atəşkəs əldə olunmasını ABŞ ilə danışıqların əsas şərti hesab edir
Region08:43
Foto
Futbolda ilk dəfə oyunçu mübahisə zamanı ağzını qapadığı üçün meydandan qovulub
Futbol08:43