Messi "Barselona"nın 3 oyununu buraxa bilər
Futbol
- 16 sentyabr, 2020
- 11:13
İspaniyanın "Barselona" klubunun futbolçusu Lionel Messi La Liqada 3 matçı buraxa bilər.
"Report" "Mundo Deportivo" nəşrinə istinadən xəbər verir ki, 33 yaşlı hücumçu 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının seçmə mərhələ matçı üçün Argentinaya yollanmağa hazırlaşır.
Forvard İspaniyadan vətəninə getdikdən sonra koronavirus səbəbindən 14 günlük karantində qalmalıdır. Beləliklə, o, Argentinaya yığmanın oyunlarına 2 həftə qalmış yollanmalı olacaq.
Qeyd edək ki, Argentina yığması oktyabrın 8-də evdə Ekvador, oktyabrın 13-də səfərdə Boliviya ilə üz-üzə gələcək. "Barselona" La Liqada sentyabrın 17-də "Vilyarreal", sentyabrın 30-da "Selta", oktyabrın 4-də isə "Sevilya" ilə qarşılaşacaq.
Son xəbərlər
04:16
Qrem Arnold: "İraq yığmasının dünya çempionatına vəsiqə qazanması möcüzə idi"
Futbol04:16
Texasda rançodan qaçan zürafə iki həftədir tapılmır
Maraqlı04:01
DÇ-2026: Uruqvay - İspaniya matçı start götürüb
Futbol04:01
DÇ-2026: Kabo Verde - Səudiyyə Ərəbistanı oyunu başlayıb
Futbol03:54
Pap Tyav: "Seneqal millisinin taleyi öz əlində deyil"
Futbol03:41
ABŞ təyyarəsi İrana zərbələrdən sonra Fars körfəzində patrul xidməti həyata keçirir
Region03:41
Fransa millisinin məşqçisi Qi Stefan: "Norveçlə matçda üzərimizə düşəni yerinə yetirdik"
Futbol03:32
Stole Solbakken: "Dembelenin Norveçə vurduğu ilk iki qol dünya çempionatı səviyyəsində idi"
Futbol03:08