Məşhur italiyalı futbolçunun akademiyası ilə bağlı müsadirə qərarı verilib

Futbol
  • 15 oktyabr, 2025
  • 15:04
Məşhur italiyalı futbolçunun akademiyası ilə bağlı müsadirə qərarı verilib

İtaliya yığmasının sabiq üzvü, hazırda "Bolonya"nın formasını geyinən Çiro İmmobilenin təsis etdiyi akademiya ilə bağlı yol verilən tikinti pozuntuları səbəbindən müsadirə qərarı verilib.

"Report"un "La Gazzetta Dello Sport"a istinadən məlumatına görə, prokurorluq tərəfindən aparılan istintaqda tikinti pozuntuları və təhlükəli tullantıların qanunsuz atıldığı iddia edilib.

Həmçinin İmmobilenin ailə üzvlərinin də daxil olduğu 6 nəfər haqqında istintaqın davam etdiyi bildirilib.

Futbolçu sosial şəbəkələr vasitəsilə verdiyi açıqlamada bu ilin martında açılışı olan akademiya ilə bağlı sonda ədalətli qərar çıxarılacağına və fəaliyyətində problem yaranmayacağına ümid etdiyini deyib.

Son xəbərlər

Bütün Xəbər Lenti