Məşhur ingiltərəli futbolçu karyerasını başa vurub
Futbol
- 02 fevral, 2017
- 15:33
Bakı. 2 fevral. REPORT.AZ/ İngiltərə millisinin sabiq futbolçusu Frenk Lempard karyerasını başa vurub.
"Report"un məlumatına görə, 38 yaşlı yarımmüdafiəçi bu qərarını şəxsi "Instagram" səhifəsi vasitəsilə açıqlayıb.
Karyerası ərzində "Vest Hem", "Suonsi", "Çelsi", "Mançester Siti" və "Nyu-York Siti" klublarında forma geyinən Lempard birgə çalışdığı mütəxəssislərə, futbolçulara, eləcə də azarkeşlərə minnətdarlığını çatdırıb.
Qeyd edək ki, Frenk Lempard karyerası ərzində 106 dəfə İngiltərə millisinin formasını geyinib və 29 qola imza atıb. O, "Çelsi"nin heyətində Çempionlar Liqası, Avropa Liqası, İngiltərə Premyer Liqası və ölkə kubokunun qalibi olub.
Son xəbərlər
13:11
Qanalı futbolçu Dominik Frimponq silahlı hücum nəticəsində vəfat edib
Futbol13:10
Hesablama Palatasının sədri: "Performans auditlərinin sayının artırılması vacibdir"
Maliyyə13:07
"Sabah"ın basketbolçusu Emmanuel Agbason Çempionlar Liqasının rəmzi komandasına seçilib
Komanda13:06
Vüqar Gülməmmədov: "Bu il dövlət qurumları geniş auditdən keçiriləcək"
Maliyyə13:03
Koçinyan: Vətəndaş cəmiyyəti nümayəndələrinin qarşılıqlı səfərləri sülh gündəliyinə töhfə verir
Region12:59
Abşeronda 691 yeniyetmə cüdoçu medal uğrunda mübarizə aparacaq
Fərdi12:56
Sabah bəzi yerlərdə yağış yağacaq
Ekologiya12:56
Foto
Cəlilabadın Alar kəndində su qıtlığı yaranıb, ADSEA suyun növbə ilə verildiyini bildirib
ASK12:52