Mərakeş yığması Almaniya və İspaniya millilərinin rekordunu qırıb

Futbol
  • 15 oktyabr, 2025
  • 10:09
Mərakeş yığması Almaniya və İspaniya millilərinin rekordunu qırıb

Mərakeş yığması Almaniya və İspaniya millilərinin rekordunu qırıb.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, Valid Reqraqinin baş məşqçisi olduğu komanda bunu DÇ-2026-nın Afrika zonası üzrə seçmə mərhələsində Konqonu 1:0 hesabı ilə məğlub etməklə reallaşdırıb.

Ardıcıl 16-cı qələbəsini qazanan Mərakeş yığması Almaniya və İspaniyanı (hər ikisi 15 oyun) geridə qoyub.

Son xəbərlər

Bütün Xəbər Lenti