Məhkəmə tanınmış futbolçunu itinə görə 30 min avro ödəməyə məcbur edib
Futbol
- 25 dekabr, 2021
- 13:04

Los-Anceles məhkəməsi İngiltərə "Liverpul"unun sabiq futbolçusu Daniel Starrici 30 min ABŞ dolları ödəməyə məcbur edib.
"Report" BBC-yə istinadən xəbər verir ki, 32 yaşlı hücumçu həmin məbləği itini tapan şəxsə verməli olub.
İt 2019-cu ildə Starricin evindən oğurlanıb. Təcrübəli forvard sosial şəbəkədə izləyiciləri ilə əlaqə saxlayıb və ev heyvanını ona verəcək şəxsə 30 min dollar ödəyəcəyini bildirib.
İti Los-Ancelesdə Foster Vaşinqton adlı musiqiçi tapıb, futbolçu isə ona pul mükafatı verməkdən imtina edib. F. Vaşinqton bundan sonra ingiltərəli oyunçunu məhkəməyə verib.
Qeyd edək ki, Daniel Starric oktyabrdan Avstraliyanın "Pert Qlori" klubunda çıxış edir.
Son xəbərlər
03:34
Tramp: Ukrayna hücumlara hazırlaşa bilər
Digər ölkələr03:24
"Ramştayn" çərçivəsində Ukrayna briqadalarının təlimi üçün memorandum imzalanıb
Digər ölkələr03:15
Kallas Aİ-nin layihələrində Avropa Müdafiə Agentliyinin rolunun artmasını dəstəkləyib
Digər ölkələr02:48
Pentaqon rəhbərini daşıyan təyyarə Böyük Britaniyada məcburi eniş edib
Digər ölkələr02:38
Video
Qərbi Azərbaycan Xronikası: "Türk" adlı yarımtanrı: Herakl analoqu kim idi?
Daxili siyasət02:06
KİV: Tramp MKİ-yə Venesuelada gizli əməliyyatlar aparmağa icazə verib
Digər ölkələr01:50
ABŞ Senatı hökumətin maliyyələşdirilməsi ilə bağlı qanun layihəsini yenidən rədd edib
Digər ölkələr01:38
Şəhriyar Məmmədyarov: Əslində Avropa yarışında çempion komandaya da qalib gəlmişik
Fərdi01:02