Məhəmməd Salah Ueyn Runinin rekordunu təkrarlayıb
Futbol
- 02 noyabr, 2025
- 09:44
İngiltərənin "Liverpul" klubunun futbolçusu Məhəmməd Salah "Mançester Yunayted"in sabiq üzvü Ueyn Runinin rekordunu təkrarlayıb.
"Report"un "Squawka"ya istinadən məlumatına görə, təcrübəli hücumçu buna Premyer Liqanın X turunda "Aston Villa"nı məğlub etdikləri (2:0) matçda fərqlənməklə nail olub.
O, bir komandada qol və məhsuldar ötürmə sayında Premyer Liqa rekorduna çatıb.
Misirli forvard Mersisayd təmsilçisində yerli çempionatda 276 qolun vurulmasında yaxından iştirak edib. Salah indiyədək 188 qol və 88 assistin müəllifidir.
İngiltərə millisinin sabiq futbolçusu Ueyn Runi "Mançester Yunayted" forması ilə bunu bacarıb. O, Premyer Liqada "qırmızı şeytanlar"ın heyətində 183 dəfə rəqiblərini məyus edib və 93 məhsuldar ötürmə ilə yadda qalıb.
Son xəbərlər
23:13
ABŞ-nin energetika naziri: Nüvə sınaqlarımız subkritik olacaq
Digər ölkələr22:59
Tramp: Çinin Tayvana qarşı heç bir tədbir görməyəcəyinə əminəm
Digər ölkələr22:52
HƏMAS daha üç israilli girovun meyitini BQXK-yə təhvil verib
Digər ölkələr22:47
Ronaldu: Sağlamlığım imkan verdiyi qədər oynamaq istəyirəm
Futbol22:29
ABŞ-də əyləncə mərasimində atışma olub, yaralılar var
Digər ölkələr21:59
Şatdauna görə dispetçer çatışmazlığı ABŞ-də uçuşlar üçün riskləri artırıb
Digər ölkələr21:34
Berlində Ukrayna qaçqınları üçün ən böyük mərkəz bağlanır
Digər ölkələr21:15
Xəzər dənizində zəlzələ olub
Hadisə21:03
Foto