Mbappe qol sayında İbrahimoviçə çatıb
Futbol
- 27 fevral, 2022
- 06:00
Fransanın PSJ klubunun futbolçusu Kilian Mbappe Paris təmsilçisində vurduğu qolların sayına görə Zlatan İbrahimoviçə çatıb.
"Report"un məlumatına görə, 23 yaşlı hücumçu Liqa 1-də "Sent Etyen"ə 3:1 hesabı ilə qalib gəldikləri XXVI tur oyununda dubla imza atıb.
İbrahimoviç və Mbappe PSJ-də 156 dəfə fərqləniblər. İsveçli forvard buna 180-ci, fransalı oyunçu isə 205-ci görüşündə nail olub.
Uruqvaylı Edinson Kavani hər iki hücumçudan daha çox qol vurub. O, 301 qarşılaşmada 200 qolla yadda qalıb.
Qeyd edək ki, Kilian Mbappe 2017-ci ildən PSJ-də çıxış edir. İbrahimoviç 2012 - 2016, Kavani isə 2013 - 2020-ci illərdə paytaxt təmsilçisinin formasını geyinib.
Son xəbərlər
06:19
Tramp ABŞ-nin İrana planlaşdırılan ödənişləri ilə bağlı xəbərləri yalan adlandırıb
Digər ölkələr05:33
İki ay ərzində Hörmüz boğazından keçid ödənişsiz olacaq
Region05:26
Kəbənin örtüyü dəyişdirilib
Din05:08
Səudiyyə Ərəbistanı millisinin baş məşqçisi: "Uruqvayla oyunda qazanılan 1 xal çox dəyərlidir"
Futbol04:53
Uruqvay millisinin baş məşqçisi: "Səudiyyə Ərəbistanı məğlub etməli olduğumuz komanda idi"
Futbol04:48
ABŞ və İran arasındakı anlaşma memorandumunun bəzi bəndləri məlum olub
Region04:22
Səudiyyə Ərəbistanı - Uruqvay oyununun ən yaxşısı müəyyənləşib
Futbol04:17
İsrail ordusu "Hizbullah"ın Livanın cənubuna atdığı raketləri ələ keçirib
Region04:04