Mbappe karyerasının ən mühüm qərarını açıqlayıb

Futbol
  • 13 oktyabr, 2025
  • 00:30
Mbappe karyerasının ən mühüm qərarını açıqlayıb

"Real Madrid" komandasının və Fransa millisinin hücumçusu Kilian Mbappe futbolçu karyerasının ən mühüm qərarı haqda danışıb.

"Report"un məlumatına görə, onun sözlərini "Movistar" nəşri sitat gətirib.

Fransız futbolçu 14 və ya 15 yaşında "Monako" akademiyasına keçməsinin dönüş nöqtəsi olduğunu bildirib.

"Onların akademiyasında oxuyanda mənim 14 və ya 15 yaşım var idi və hamı haqqımda danışırdı. Bu, xüsusi bir şey idi. Fərqli olduğumu bilirdim, amma o anda bunun yaxşı və ya pis olduğunu söyləmək çətin idi. Bu yaşda sən sadəcə uşaqsan", - Mbappe xatırladıb. O, yüksək səviyyəli peşəkar olmaq üçün qabiliyyətini və potensialını məhz "Monako"da reallaşdırdığını qeyd edib.

Futbolçu onu da əlavə edib ki, əfsanəvi Tyerri Anri ilə müqayisələr ona kömək edib, lakin əsas diqqəti çox çalışmaq olub. "Monako" akademiyasına qoşulduqdan sonra Mbappe "Monako", "Pari Sen Jermen" və "Real Madrid" klublarından keçərək Fransa millisi ilə dünya çempionu olub.

Son xəbərlər

Bütün Xəbər Lenti