DÇ-2026 - Mbappe İslandiya yığması ilə oyunu buraxacaq
Futbol
- 11 oktyabr, 2025
- 08:58

Madridin "Real" klubunun hücumçusu və Fransa millisinin kapitanı Kilian Mbappe zədəsinə görə 2026-cı il futbol üzrə dünya çempionatının seçmə mərhələsində İslandiya yığmasına qarşı keçiriləcək qarşıdakı oyunda iştirak etməyəcək.
"Report" xəbər verir ki, bu barədə AFP agentliyi komandanın məşqçilər heyətinə istinadən məlumat yayıb.
Məlumata görə, Mbappe 13 oktyabrda baş tutacaq oyunu sağ topuq zədəsinə görə buraxacaq. O, bu xəsarəti oktyabrın 10-da Azərbaycan yığmasına qarşı ev oyununda alıb. Futbolçu eyni zədəni 4 oktyabrda İspaniya çempionatının səkkizinci turunda "Vilyarreal" klubuna qarşı matçda da almışdı.
2026-cı ilin dünya çempionatı 11 iyun–19 iyulda ABŞ, Meksika və Kanadada keçiriləcək.
Son xəbərlər
13:46
Aİ rəsmisi: "Qadınlar kibertəhlükəsizlik sektorunda yetərincə təmsil olunmurlar"
İKT13:36
Ukrayna və Britaniya LYRA proqramı çərçivəsində işçi qrupu yaradacaq
Digər ölkələr13:34
Azərbaycan və Pakistan XİN başçıları Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
Xarici siyasət13:30
Azərbaycanda yox olmaq təhlükəsi altında olan 31 turizm məhsulu xəritələşdirilib
Turizm13:30
Bruno Retayo Fransanın yeni hökumətinin tərkibinə daxil olmaqdan imtina edib
Digər ölkələr13:28
KİV: Husilər İsrailə və Qırmızı dənizdə ticarət gəmilərinə hücumları dayandırır
Digər ölkələr13:20
Foto
İtkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfransın iştirakçıları Zəngilana səfər edib
Xarici siyasət13:16
Ermənistanda "Amulsar" qızıl mədəninə 750 milyon dollar məbləğində investisiya qoyulacaq
Region13:02