Mbappe Avro-2020 seçmə mərhələsində Fransa yığmasının heyətində oynamayacaq
Futbol
- 09 oktyabr, 2019
- 01:58
"Pari Sen-Jermen" futbol klubunun və Fransa yığmasının hücumçusu Kilian Mbappe Avro-2020 seçmə mərhələsində İslandiya və Türkiyə komandalarına qarşı oyunda iştirak etməyəcək.
Bu barədə "Report" "L`Equipe"yə istinadən xəbər verir.
Qeyd edilir ki, 20 yaşlı hücumçu Çempionlar Liqasının qrup mərhələsinin ikinci turunda "Qalatasaray"a qarşı oyunda diz zədəsini ağırlaşdırıb.
Hazırkı dünya çempionunun baş məşqçisi Didye Deşam futbolçunun sağlamlığına risk etməməyi qərara alıb. Qeyd edilir ki, oyunçu yığma komandanı tərk edib.
Fransa yığmasının heyətində Mbappeni Alassan Plea əvəzləyəcək. O, hazırda "Borussiya"nın heyətində çıxış edir.
Son xəbərlər
12:21
Rəşad Rəsullu: "Azərbaycan cüdoçularının Bakıdakı mundiala hazırlığı sistemli şəkildə davam edir"
Fərdi12:19
Sabah Azərbaycanda 38 dərəcə isti olacaq
Ekologiya12:17
Azərbaycan mobil internetin sürətinə görə iyunda 5 pillə irəliləyib
İKT12:17
İtaliyada bərpa işlərinin aparıldığı 100 illik məhkəmə binası çöküb
Digər ölkələr12:15
Bakıda yeni təmayül tədris modelinin tətbiq olunacağı məktəblər açıqlanıb
Elm və təhsil12:14
Azərbaycan əhalisi I yarımildə 2 milyard manatlıq yanacaq alıb
Energetika12:13
Azərbaycan və "UN-Habitat" WUF13 irsinin həyata keçirilməsinə başlayır
İnfrastruktur12:11
"Birbank"la bütün suallara cavab almağın QISA YOLU VAR
İKT12:11