Mbappe Fransa millisinin heyətində rekorda imza atıb
- 14 iyul, 2026
- 23:26
Fransa millisinin hücumçusu Kilian Mbappe dünya çempionatlarında keçirdiyi oyunların sayına görə yığmanın rekordçusu olub.
"Report" xəbər verir ki, İspaniya millisinə qarşı keçirilən yarımfinal matçı 27 yaşlı futbolçu üçün dünya çempionatlarında 21-ci oyun olub.
Bununla da Mbappe bu göstəricidə Fransa millisinin sabiq qapıçısı Uqo Lyorisi geridə qoyub. Lyoris mundiallarda 20 oyun keçirib və 2022-ci il dünya çempionatından sonra milli karyerasını başa vurub.
Mbappe 2024-cü ildən İspaniyanın "Real" klubunda çıxış edir. O, Madrid təmsilçisi ilə 2024/2025 mövsümündə İspaniya Superkubokunun və Qitələrarası Kubokun qalibi olub.
Fransa millisinin heyətində 2018-ci ildə dünya çempionu olan Mbappe 2022-ci ildə Qətərdə keçirilən mundialda gümüş medal qazanıb. O, həmin turnirdə vurduğu 8 qolla yarışın bombardiri olub.
Qeyd edək ki, dünya çempionatı ABŞ, Kanada və Meksikada keçirilir. Turnir iyulun 19-da başa çatacaq.