Maykl Kerrik "Mançester Yunayted"in baş məşqçisi təyin edilib
Futbol
- 14 yanvar, 2026
- 00:00
Maykl Kerrik İngiltərənin "Mançester Yunayted" klubunun baş məşqçisi vəzifəsinə təyin edilib.
"Report" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Müqavilə cari mövsümün sonuna qədər nəzərdə tutulub.
Xatırladaq ki, yanvarın 5-də portuqaliyalı Ruben Amorim "Mançester Yunayted"in baş məşqçisi vəzifəsini tərk edib. Son iki oyunda şotlandiyalı Darren Fletçer baş məşqçi vəzifəsini icra edib. Onun rəhbərliyi altında komanda İngiltərə çempionatında "Börnli" ilə heç-heçə (2:2) edib və İngiltərə Kubokunda "Brayton"a məğlub olaraq (1:2) yarışdan kənarlaşıb.
Son xəbərlər
09:19
UEFA Avropa Liqasının Liqa mərhələsinə yekun vurulur
Futbol09:18
Qubada kişi dəm qazından zəhərlənərək ölüb
Hadisə09:16
Bakıda kirayə qalan iki nəfər dəm qazından zəhərlənib, biri ölüb
Hadisə09:08
Voleybol üzrə Azərbaycan Yüksək Liqasında XI turun növbəti oyunları keçiriləcək
Komanda09:05
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (29.01.2026)
Maliyyə09:05
FHN Bakının mərkəzindəki ticarət mərkəzində təlim keçirəcək
Hadisə09:04
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (29.01.2026)
Maliyyə08:50
İran ABŞ ilə həqiqi danışıqlara hazır olduğunu bəyan edib
Region08:32