Marselo qışda "Real Madrid"i tərk edə bilər
Futbol
- 26 dekabr, 2020
- 12:53
İspaniyanın "Real Madrid" klubunun futbolçusu Marselo qış transfer dönəmində komandadan ayrıla bilər.
"Report" "El Chiringuito" nəşrinə istinadən xəbər verir ki, 32 yaşlı cinah müdafiəçisi komanda yoldaşlı Rafael Varanla insident yaşayıb.
Hadisə La Liqanın XI turunda "Alaves"ə 0:1 hesabı ilə uduzduqları oyundan sonra baş verib. Bundan əlavə, braziliyalı oyunçu komandanın baş məşqçisi Zinəddin Zidanın etibarını itirib. Fransalı mütəxəssis həmin mövqedə daha çox Fernan Mendiyə şans verir.
Qeyd edək ki, Marselo 2020/2021 mövsümündə "Real Madrid" forması ilə 6 oyuna çıxıb və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Təcrübəli futbolçu 2007-ci ildən Madrid təmsilçisində çıxış edir.
Son xəbərlər
14:25
Bakının Sabunçu rayonunda gölün qanunsuz doldurulması faktı aşkar edilib
İnfrastruktur14:17
"Azəriqaz"ın baş direktoru Lənkəranda vətəndaşları qəbul edəcək
Energetika14:16
Almaniya vətəndaşlarının təxliyəsi üçün Omana təyyarə göndərməyi planlaşdırır
Digər ölkələr14:14
"Yaşıl Cümə" başlayır – hər yer yaşıl olacaq!
Biznes14:14
İsrail ordusu İsfahanda və Şirazda İranın 20 hərbi obyektinə zərbələr endirib
Digər ölkələr14:12
Məhəmməd Muxbir: İranın ABŞ ilə danışıqlar aparmaq niyyəti yoxdur
Region14:10
Foto
SOCAR və TPAO insan kapitalı sahəsində əməkdaşlığı gücləndirir
Energetika14:03
Foto
"Şahdağ"da xizək alpinizmi üzrə Avropa çempionatında ilk mükafatçılar müəyyənləşib
Fərdi14:01
Foto