Mario Götze klubu ilə müqaviləsinin müddətini artıra bilər
Futbol
- 19 fevral, 2026
- 22:48
Almaniyanın "Ayntraxt" klubunda çıxış edən Mario Götze klubu ilə müqaviləsinin müddətini uzada bilər.
"Report" xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb.
Mənbə bildirir ki, tərəflər arasında danışıqlar martda start götürəcək. Hazırda hər şey müqavilə müddətinin uzadılmasına işarə edir və hətta Albert Rieranın baş məşqçi kimi gəlişindən sonra bu ehtimal bir qədər də artıb.
Götze Frankfurtda qalmağa meyilli olsa da, 33 yaşlı futbolçunun maaşının azaldılmasının zəruri olduğu bildirilir.
Qeyd edək ki, Götze bu mövsüm "Ayntraxt"ın heyətində bütün yarışlarda 24 oyun keçirib və iki məhsuldar ötürmə edib. Onun komandası ilə hazırkı sözləşməsi cari mövsümün sonuna qədər nəzərdə tutulub.
Son xəbərlər
22:55
Ərdoğanla Tramp arasında telefon danışığı baş tutub
Region22:51
Şəkidə elektrik cərəyanı vuran 40 yaşlı kişi ölüb
Hadisə22:38
Xəzər dənizində 4,3 maqnitudalı zəlzələ baş verib - YENİLƏNİB
Hadisə22:19
Əraqçinin Omandan yenidən Pakistana qayıtmasının səbəbi açıqlanıb
Region21:59
Kolumbiyada törədilən terror aktı nəticəsində ölənlərin sayı 20-yə çatıb
Digər ölkələr21:32
Azərbaycan güləşçiləri Avropa çempionatını 13 medalla başa vurublar
Fərdi21:26
Goranboyda yeniyetməni elektrik cərəyanı vuraraq öldürüb
Hadisə21:03
Tramp İranla danışıqların təfərrüatlarını açıqlayıb
Digər ölkələr20:52