"Mançester Yunayted" Səudiyyə Ərəbistanı klubunun baş məşqçisinə dəvət göndərib

Futbol
  • 07 yanvar, 2026
  • 11:39
Mançester Yunayted Səudiyyə Ərəbistanı klubunun baş məşqçisinə dəvət göndərib

İngiltərənin "Mançester Yunayted" klubu hazırda Səudiyyə Ərəbistanı təmsilçisi "Əl-Hilal"ın baş məşqçi postunda yer alan Simone İnzaqiyə dəvət göndərib.

"Report" xəbər verir ki, bu barədə insayder Nikolo Skira sosial şəbəkə hesabında bildirib.

Lakin italiyalı mütəxəssis Mançester komandasının dəvətini geri çevirib. O, "Əl-Hilal"da qalmağa üstünlük verib.

Qeyd edək ki, yanvarın 5-də Ruben Amorim "Mançester Yunayted"in baş məşqçi postundan göndərilib. Komanda Premyer Liqanın turnir cədvəlində 31 xalla 6-cı pillədə qərarlaşıb.

Son xəbərlər

Bütün Xəbər Lenti