UEFA "Mançester Yunayted" - PSJ matçı ilə bağlı intizam işi açıb
Futbol
- 13 fevral, 2019
- 16:05
Bakı. 13 fevral. REPORT.AZ/ UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunu çərçivəsində keçirilmiş "Mançester Yunayted" (İngiltərə) - PSJ (Fransa) matçı ilə bağlı intizam işi açıb.
"Report" qurumun saytına istinadən xəbər verir ki, İngiltərə təmsilçisinin azarkeşləri sözügedən qarşılaşmada tribunaları bloklayıb və meydana yad əşyalar atıblar.
Paris klubunun fanatları isə meydana əşyalar atmaqla yanaşı, görüşdə pirotexniki vasitələrdən istifadə etməkdə və iğtişaşlar yaratmaqda ittiham olunur.
Bu məsələ ilə bağlı qərar fevralın 28-də açıqlanacaq.
Qeyd edək ki, matç PSJ-nin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Bu komandalar arasındakı cavab oyunu martın 6-da keçiriləcək.
Son xəbərlər
10:54
"Neftçi" Fransadakı Dünya Qadın Seriyasında mübarizəyə start verir
Komanda10:51
Vladimir Petkoviç: "İsveçrə ilə matçda buraxılan səhvlər komandaya baha başa gəldi"
Futbol10:44
Azərbaycandakı internet trafikində botların payı 3 dəfə azalıb
İKT10:39
İsveçrə millisinin baş məşqçisi Murat Yakın: "Bəzi məqamlarda çətinliklərə tab gətirməyi bacardıq"
Futbol10:37
Dövlət torpaqlarını qanunsuz satmaqda təqsirləndirilən 11 nəfər barəsində cinayət işi məhkəməyə göndərilib
Hadisə10:22
Pakistanda avtobus dərəyə aşıb: 24 nəfər ölüb, 8 nəfər yaralanıb
Digər ölkələr10:20
Azərbaycanda yarımildə 41 mindən çox uşağa görə birdəfəlik müavinət təyin edilib
Sosial müdafiə10:19
Foto
Azərbaycan BMT ilə yol hərəkəti təhlükəsizliyinin gücləndirilməsini müzakirə edib
İnfrastruktur10:19
Foto