"Mançester Yunayted" Kazemironun komandadan ayrılacağını açıqlayıb
Futbol
- 22 yanvar, 2026
- 21:28
İngiltərə təmsilçisi "Mançester Yunayted" yarımmüdafiəçisi Kazemironun yayadək olan müqaviləsinin müddəti başa çatdıqdan sonra komandadan ayrılacağını açıqlayıb.
"Report" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Braziliyalı futbolçu "qırmızı şeytanlar"ın heyətində dörd mövsüm çıxış edib. Bu müddət ərzində o, bütün turnirlərdə 146 oyunda 21 qol vurub və 13 məhsuldar ötürmə ilə yadda qalıb. Kazemiro "Mançester Yunayted"lə birlikdə FA Kubokunu və Liqa Kubokunu qazanıb.
Qeyd edək ki, Kazemiro karyerası ərzində "Mançester Yunayted"dən əvvəl "Real" (Madrid, İspaniya), "Portu" (Portuqaliya) və "San Paulu" (Braziliya) klublarında da forma geyinib.
Son xəbərlər
09:10
İlham Əliyev və Nikol Paşinyan arasında görüş keçirilir
Xarici siyasət09:09
Azərbaycan Basketbol Liqası: XVI tura bu gün start verilir
Komanda09:09
Azərbaycan nefti cüzi bahalaşıb
Energetika09:07
Bakıda küləyin sürəti 28 m/s təşkil edir - FAKTİKİ HAVA
Ekologiya09:03
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (04.02.2026)
Maliyyə09:01
Azərbaycan Kubokunda 1/4 final mərhələsi başlayır
Futbol08:58
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (04.02.2026)
Maliyyə08:54
Yol polisi hava ilə bağlı sürücülərə çağırış edib
İnfrastruktur08:51