"Mançester Siti" Aquero ilə vidalaşacağını açıqladı
Futbol
- 29 mart, 2021
- 19:51
İngiltərənin "Mançester Siti" komandası cari mövsümün sonunda futbolçusu Serxio Aquero ilə vidalaşacaq.
"Report"un məlumatına görə, bu barədə klubun rəsmi tvitter səhifəsi xəbər yayıb.
Bildirilib ki, argentinalı hücumçunun yayda başa çatacaq müqaviləsi yenilənməyəcək.
Qeyd edək ki, 2011-ci ildən Premyer Liqa təmsilçisində çıxış edən Serxio Aquero 384 oyunda vurduğu 257 qolla komandanın ən sərrast futbolçusudur. 33 yaşlı forvard "Mançester Siti"nin heyətində 4 dəfə İngiltərə Premyer Liqasını, 5 dəfə Liqa Kubokunu, bir dəfə ölkə kubokunu qazanıb. O, həmçinin 3 dəfə İngiltərə Super Kubokuna sahib çıxıb.
Son xəbərlər
04:05
Bab əl-Məndəb boğazından keçən gəmilərin sayı kəskin azalıb
Digər ölkələr03:41
Netanyahu Tehranın nüvə proqramı ilə bağlı məlumatları Trampa təqdim edəcək
Digər ölkələr03:17
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İKT02:50
ABŞ "qara siyahı"da olan bir sıra Rusiya təşkilatları barədə məlumatları yeniləyib
Digər ölkələr02:21
Qəza siqnalı verən ABŞ təyyarəsi Fars körfəzi üzərində uçuşları bərpa edib
Digər ölkələr01:45
Serbiyanın NIS şirkəti ABŞ-dan lisenziyanın uzadılması ilə bağlı qərarı gözləyir
Digər ölkələr01:18
Vuçiçi ölümlə təhdid edən şəxs saxlanılıb
Digər ölkələr00:58
Foto
Video
Ceyranbatanda binanın elektrik şaxtasında yanğın olub - YENİLƏNİB
Hadisə00:22