Lüksemburq yığması Azərbaycanla oyundan əvvəl itki ilə üzləşib
Futbol
- 04 noyabr, 2021
- 07:04
Lüksemburq yığması Bakıda Azərbaycan millisinə qarşı keçirəcəyi 2022-ci il dünya çempionatının seçmə oyunundan əvvəl itki ilə üzləşib.
"Report" "Wort.lu" nəşrinə istinadən xəbər verir ki, Lars Jerson zədə səbəbindən bir neçə həftəlik sıradan çıxıb.
Norveçin "Brann" klubunda çıxış edən 31 yaşlı mərkəz müdafiəçisi "Vikinq"lə çempionat oyununda xəsarət alıb. Lüksemburq yığmasının baş məşqçisi Lük Holts Azərbaycan və İrlandiya ilə görüşlərdə Jersonun xidmətindən yararlana bilməyəcək.
Qeyd edək ki, noyabrın 11-də Azərbaycanın qonağı olacaq Lüksemburq millisi bundan 3 gün sonra İrlandiyanı qəbul edəcək.
Son xəbərlər
08:21
Foto
Bakıda 14 istiqamətdə tıxac müşahidə olunur
İnfrastruktur08:16
"Politico": Fransada Mulenin Mərkəzi Bankın sədri təyinatı tənqid olunur
Digər ölkələr07:55
Foto
Tramp ICE İmmiqrasiya Mühafizəsinin adının NICE olmasını təklif edib
Digər ölkələr07:33
ABŞ hərbçiləri yenidən Panamada cəngəllik təliminə başlayıblar
Digər ölkələr07:02
Bu gündən uşaqların I sinfə qəbulu başlayır
Elm və təhsil06:37
Vens: ABŞ-də 186 min ölü insan ərzaq yardımı alır
Digər ölkələr06:19
Vuçiç: Məmurlardan şikayətlər almaq üçün portal yaradacağam
Digər ölkələr05:59
ABŞ narkotik qaçaqmalçılığı ilə əlaqəli gəmiyə zərbə endirib, ölənlər var
Digər ölkələr05:42