Lük Holts: "Lüksemburq Azərbaycan millisindən daha güclüdür"
Futbol
- 15 noyabr, 2021
- 10:48
"Qrupda 9 xal toplamaq tariximizin ən böyük uğurudur. Çətin qrupa düşmüşdük".
"Report"un məlumatına görə, bu fikirləri Lüksemburq yığmasının baş məşqçisi Lük Holts "Tageblatt" nəşrinə açıqlamasında 2022-ci il dünya çempionatının seçmə mərhələsi barədə danışarkən deyib.
52 yaşlı mütəxəssis Azərbaycan millisinə Bakıda 3:1 hesabı ilə qalib gəldikləri matçı xatırlayıb: "Bu qələbə düzgün yolda olduğumuzu göstərdi. Rəqib fiziki cəhətdən üstün idi. Ancaq oyun baxımından biz daha güclüyük. Onların 1, bizim isə 9 xal toplamağımız hər şeyi deyir".
Qeyd edək ki, İrlandiya ilə birlikdə 9 xala malik Lüksemburq yığması A qrupunda 3-4-cü yerləri bölüşdürüb. Azərbaycan millisi isə seçmə mərhələni 1 xalla sonuncu - 5-ci yerdə başa vurub.
Son xəbərlər
16:03
Xalid Xalafalla kiçik və orta müəssisələrə dəstəklə bağlı çağırış edib
Maliyyə16:03
Azərbaycan və Banqladeş XİN başçıları telefonla danışıb
Xarici siyasət16:03
AFFA-nın baş katibi Cahangir Fərəcullayev UEFA Marketinq Məsləhət Komitəsinin üzvü təyin edilib
Futbol16:00
DÇ-2026: II turun oyunlarına start verilir
Futbol16:00
Elşad Hacıyev: DİN-ə gün ərzində daxil olan müraciətlərin çoxu sosial media ilə əlaqədardır
Hadisə15:58
ASCO AIIB ilə biznes proseslərinin optimallaşdırılmasını müzakirə edib
İnfrastruktur15:57
Məhəmməd Əl-Casir DÇ-nin 1/4 finalına yüksələcək IsDB-yə üzv ölkənin komandasının formasını geyinəcəyini vəd edib
Maliyyə15:55
Azərbaycanda dənizçilərin sertifikatlarının yenilənməsi sadələşdirilir
Maliyyə15:52