"Liverpul"un heyətində dörd dəfə ölkə çempionu olan futbolçu dünyasını dəyişib

Futbol
  • 13 aprel, 2019
  • 06:50
Liverpulun heyətində dörd dəfə ölkə çempionu olan futbolçu dünyasını dəyişib

İngiltərənin "Liverpul" klubunun sabiq futbolçusu Tommi Smit dünyasını dəyişib. 

"Report" klubun saytına istinadən xəbər verir ki, keçmiş müdafiəçi 74 yaşında vəfat edib. 

Smit 1962-1978-ci illərdə "Liverpul"un formasını geyinib. O, komandanın heyətində 638 oyuna 48 qol vurub.  

Qeyd edək ki, Tommi Smit klubla birgə 4 dəfə İngiltərə çempionatının, Çempionlar Liqası və UEFA Kubokunun qalibi olub.