"Liverpul"un qapıçısı zədəsini sağaldıb
Futbol
- 10 dekabr, 2024
- 06:29
İngiltərənin "Liverpul" klubunun qapıçısı Alisson Beker zədəsini sağaldıb.
"Report" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Braziliyalı qolkiper bu gün UEFA Çempionlar Liqasında "Jirona" ilə matçda meydana çıxa bilər. Komandanın baş məşqçisi Arne Slot oyunöncəsi mətbuat konfransında 32 yaşlı qapıçının qayıdışının sevindirici hal olduğunu bildirib.
Braziliyalı qapıçı İngiltərə Premyer Liqasında "Kristal Pelas"la (1:0) matçda diz bağının zədələnməsi səbəbindən iki aydan çox yaşıl meydanlardan kənarda qalıb.
Qeyd edək ki, o, ümumilikdə "Liverpul"dakı karyerası ərzində 271 matç keçirib. Bu qarşılaşmalarda 239 qol buraxan A.Beker 119 dəfə qapısını toxunulmaz saxlayıb.
Son xəbərlər
21:01
DÇ-2026: Fildişi Sahili - Norveç oyunu başlayıb
Futbol20:56
Hakan Fidan Ankarda Aİ rəsmiləri ilə görüşüb
Region20:43
Modi ilə Pezeşkian Yaxın Şərq və Hörmüz boğazını müzakirə ediblər
Region20:37
Samir Şərifov Qarabağ və Şərqi Zəngəzurun bərpasında Belarusun iştirakını qeyd edib
Digər ölkələr20:30
"Zirə" yoxlama oyununda "Iğdır" klubuna məğlub olub
Futbol20:15
Samir Şərifov: Azərbaycan Belarusla münasibətləri bundan sonra da inkişaf etdirmək əzmindədir
Xarici siyasət20:11
Belarus və Azərbaycan strateji tərəfdaşlığı möhkəmləndirməyə davam edir
Xarici siyasət20:05
Azərbaycanın Mərakeşdəki səfiri Diplomatik Fondun görüşünə qatılıb
Xarici siyasət19:50