Lionel Messi dünyada ilin idmançısı seçilib
Futbol
- 06 yanvar, 2023
- 05:10
Argentina millisinin və Fransanın PSJ klubunun futbolçusu Lionel Messi 2022-ci ilin ən yaxşı idmançısı seçilib.
“Report” xəbər verir ki, 36 yaşlı hücumçu “L'Équipe” nəşrinin apardığı səsvermədə bütün rəqiblərini qabaqlayıb.
Leo 808 səs toplayaraq, bu ada layiq görülüb. İkinci pillədə onun PSJ-dəki komanda yoldaşı Kilian Mbappe qərarlaşıb (381 səs). Respondentlərin 285 səsini toplayan ispaniyalı tennisçi Rafael Nadal üçüncü yeri tutub.
İlk “beşliy”in digər sakinləri müvafiq olaraq belçikalı velosipedçi Remko Evenepoel və niderlandlı “Formula 1” pilotu Maks Ferstappendir.
Qeyd edək ki, Lionel Messi ötən il Argentina yığması ilə Qətərdə keçirilən dünya çempionatının qalibi olub.
Son xəbərlər
14:02
Çimərliklərdə güclü külək olacaq
Ekologiya13:55
Sosial şəbəkələr deyil, nəzarətsizlik uşaqları təhlükəyə aparır - RƏY
Sosial müdafiə13:49
Foto
Yəmən Nümayəndələr Palatasının sədri Azərbaycana gəlib
Daxili siyasət13:44
Bakıda verilən suyun həcmi müvəqqəti azaldılıb
İnfrastruktur13:41
Orta təhsil səviyyəsi üzrə müxtəlif növ imtahanlar keçirilib - YENİLƏNİB
Elm və təhsil13:33
Foto
Rezidenturaya qəbul imtahanının birinci mərhələsi keçirilib - YENİLƏNİB
Elm və təhsil13:30
FHN küləkli hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edib
Hadisə13:28
Azərbaycan dili fənni üzrə test imtahanı təşkil edilib - YENİLƏNİB
Elm və təhsil13:21