"Linkoln" - "Qarabağ" oyunu yubileylərlə əlamətdar olub
Futbol
- 12 iyul, 2023
- 08:39
"Qarabağ"ın Cəbəllütariqdə "Linkoln"u 1:2 hesabı ilə məğlub etdiyi UEFA Çempionlar Liqasının (ÇL) I təsnifat mərhələsinin ilk oyunu yubileylərlə əlamətdar olub.
"Report"un məlumatına görə, bu Azərbaycan təmsilçilərinin avrokuboklarda 125-ci qalibiyyəti kimi tarixə düşüb.
"Köhlən atlar" qitənin bir nömrəli klub turnirində 20-ci qələbəsini qazanıb.
Ölkə çempionunda sonuncu qolun müəllifi olan Yassin Benziya ÇL-də Azərbaycan klublarının 100-cü qoluna imza atıb. 29 yaşlı yarımmüdafiəçi həm də "Qarabağ"ın həmin turnirdə 60-cı qolunu vurub.
Qeyd edək ki, komandalar arasındakı cavab qarşılaşması iyulun 19-da Bakı Olimpiya Stadionunda keçiriləcək.
Son xəbərlər
16:20
Azərbaycandakı bankların əməliyyat mənfəətinin məbləğinə görə renkinqi (Yanvar-iyun, 2026)
Maliyyə16:06
UEFA Konfrans Liqası: "Neftçi" - "Dinamo" oyununun biletləri satışa çıxarılıb
Futbol16:00
Azərbaycandakı bankların qeyri-faiz xərclərinin məbləğinə görə renkinqi (Yanvar-iyun, 2026)
Maliyyə15:48
FT: Zelenski Ukrayna ordusunun baş komandanı Sırskinin vəzifədən azad edilməsini nəzərdən keçirir
Digər ölkələr15:41
İran Küveytin neft və enerji obyektlərinə zərbələr endirir - YENİLƏNİB
Digər ölkələr15:40
Azərbaycandakı bankların faiz xərclərinin məbləğinə görə renkinqi (Yanvar-iyun, 2026)
Maliyyə15:35
Ötən gün borclu şəxs qismində axtarışda olan 80 nəfər saxlanılıb
Hadisə15:25
Azərbaycan İraqa peçenye tədarükünü 63 dəfə artırıb
Biznes15:21