Leroy Sane karyerasını "Tottenhem"də davam etdirə bilər
Futbol
- 28 may, 2025
- 11:20
Almaniyanın "Bavariya" klubunun yarımmüdafiəçisi Leroy Sane karyerasını "Tottenhem"də (İngiltərə) davam etdirə bilər.
"Report" "Sky Sports"a istinadən xəbər verir ki, 29 yaşlı oyunçu Premyer Liqa təmsilçisinə təklif olunub.
Yayda azad agent kimi Almaniya klubundan ayrılacağı gözlənilən futbolçunun daha əvvəl Səudiyyə Ərəbistanı təmsilçisi "Əl-İttihad"ın 4 illik müqavilə qarşılığında 100 milyon avroluq təklifini geri çevirdiyi bildirilib.
Qeyd edək ki, L.Sane 2016-2020-ci illərdə İngiltərə Premyer Liqasında "Mançester Siti"nin formasını geyinib. Oyunçu 2020-ci ilin yayından "Bavariya"da çıxış edir. Sane bu mövsüm bütün turnirlərdə 45 oyun keçirib, 13 qol vurub və 6 məhsuldar ötürmə edib.
Son xəbərlər
17:10
Türkiyəli müğənni Haluk Levent saxlanılıb
Hadisə16:44
Sabahın havası meteohəssas insanlar üçün əlverişli olacaq
Sağlamlıq16:30
Türkiyə Nazirlər Kabineti NATO sammitini, İranı və Ukraynanı müzakirə edəcək
Region16:18
Omanda zədələnən GFS Galaxy gəmisinin dənizçiləri xilas edilib
Digər ölkələr16:04
Ukraynanın Baş naziri istefa verəcək
Digər ölkələr15:56
Xaçmazda elektrik dirəyindən yıxılan kişi ölüb
Hadisə15:43
İraqın Baş naziri neft və qaz sazişlərini müzakirə etmək üçün sabah Vaşinqtona səfər edəcək
Digər ölkələr15:23
Video
Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlanıb
Hərbi15:11