Kriştianu Ronaldu 14-cü dəfə bir mövsümdə 40 qol vurub
Futbol
- 28 dekabr, 2025
- 13:48
Səudiyyə Ərəbistanının "Əl-Nəsr" futbol klubunun və Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldu 2025-ci ildə vurduğu qolların sayını 40-a çatdırıb.
"Report" xəbər verir ki, o, bunu ötən gün ölkə çempionatının XI turunda "Əl-Uxdud" komandası ilə matçda dubl etməklə bacarıb.
40 yaşlı futbolçu karyerasında 14-cü dəfə bir mövsümdə vurduğu qolların sayını 40-a çatdırıb.
Ronaldu daha əvvəl 2010-2018, 2020-2021 və 2023-2025-ci illər mövsümlərində buna nail olub. Onun ən yaxşı nəticəsi 2013-cü ildə, 63 qol olub.
Qeyd edək ki, Ronaldu karyerası ərzində ümumilikdə 956 qol vurub.
Son xəbərlər
16:07
Azərbaycan müxtəlif ölkələrlə yaradılmış fondların kapitalına gələn il 100 milyon manat yönəldəcək
Maliyyə16:02
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvlərinin sayı azaldılıb
Daxili siyasət15:59
Səfir: Azərbaycan-Qazaxıstan əməkdaşlığı qarşıdakı illərdə yeni mərhələyə qədəm qoyacaq
Xarici siyasət15:59
Azərbaycanla Oman bəzi şəxsləri vizadan qarşılıqlı olaraq azad edib
Xarici siyasət15:58
"Kəpəz"in baş məşqçisi: "Qış fasiləsindən maksimum yararlanmağa çalışacağıq"
Futbol15:57
Azərbaycanla Ruanda arasında hava əlaqəsinin qurulmasına dair saziş təsdiqlənib
Xarici siyasət15:51
Azərbaycanda dövlət müəssisələrinin xalis mənfəətinin bölüşdürülməsinə dair qaydalar təsdiqlənib
Maliyyə15:49
İsrail ABŞ ilə Yaxın Şərqlə bağlı fikir ayrılıqlarından ehtiyat edir
Digər ölkələr15:49