Kriştianu Ronaldu karyerasını Səudiyyə Ərəbistanında davam etdirmək istəyir
Futbol
- 22 fevral, 2026
- 09:20
"Əl-Nəsr" klubunun hücumçusu Kriştianu Ronaldu Səudiyyə Ərəbistanı çempionatının XXIII turunda "Əl-Həzm"ə qarşı keçirilən və komandasının 4:0 hesablı qələbəsi ilə başa çatan oyunda iki qol vurub.
"Report" xəbər verir ki, görüşdən sonra portuqaliyalı hücumçu bu ölkədə oynamağa davam etmək niyyətində olduğunu açıqlayıb.
"Mən Səudiyyə Ərəbistanına məxsusam. Burada oynamağa davam etmək istəyirəm. Bura məni, ailəmi və dostlarımı qarşılayan ölkədir, burada xoşbəxtəm və qalmaq istəyirəm", - deyə jurnalist Fabritsio Romano sosial mediada futbolçunun sözlərini sitat gətirib.
Qeyd edək ki, 41 yaşlı Ronaldu bu mövsüm "Əl-Nəsr"in heyətində bütün turnirlərdə 22 oyunda 20 qol vurub.
Son xəbərlər
02:35
Əraqçi: Qonşularımız bizim prioritetimizdir
Region02:06
Naxçıvanda avtomobilin aşması nəticəsində bir nəfər ölüb, üç nəfər xəsarət alıb
Hadisə01:37
Foto
Rabatda keçirilən "Mədəniyyətlər Günü" adlı tədbirdə Azərbaycan stendi maraqla qarşılanıb
Mədəniyyət siyasəti01:11
Foto
Kərkükdə baş verən zəncirvari qəzada altı nəfər ölüb, 27 nəfər xəsarət alıb
Digər ölkələr00:52
Estoniyaya aid patrul gəmisi Rusiya sərhədini pozub
Region00:26
Sərbəst güləş üzrə Azərbaycan millisi altıncı dəfə Avropa çempionu olub
Fərdi23:49
İsrailin Livanın cənubuna endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 2500-ü keçib
Digər ölkələr23:09
"Qalatasaray" "Fənərbağça"nı üç cavabsız qolla məğlub edib
Futbol22:55