Kramarenkonun komandasına erməni məşqçi gətirildi
Futbol
- 17 iyun, 2021
- 12:40

Qazaxıstan "Tobol"unun sabiq baş məşqçisi Qriqori Babayan Rusiyanın MOİK klubunda çalışacaq.
"Report" Moskva təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, erməni mütəxəssis komandanın müvəqqəti baş məşqçisi Aleksey Berezutskinin köməkçisi təyin olunub.Berezutski Premyer Liqa təmsilçisinin sükanı arxasında xorvatiyalı İvitsa Oliçi əvəzləyib.
Hazırda bu komandanın qapıçılar üzrə məşqçisi Azərbaycan millisində də analoji vəzifəni yerinə yetirən Dmitri Kramarenkodur. O, cari ilin yanvarından MOİK-də çalışır.
Qeyd edək ki, Babayan 2019-cu ildə "Tobol"a baş məşqçi təyin olunmuşdu. Onun komandaya gəlişindən sonra Azərbaycan millisinin qapıçısı Emil Balayev Kostanay təmsilçisindən ayrılmışdı.
Son xəbərlər
14:01
Prezident: TRIPP layihəsi mütləq reallaşdırılacaq
Xarici siyasət13:54
Qran-pridə çempion olan Azərbaycan cüdoçusu: "Qızıl medala layiq idim"
Fərdi13:54
"Azərbaycan Dəmir Yolları" ADB-nin dəstəyi ilə karbon kreditləri bazarına çıxmağa hazırlaşır
Maliyyə13:51
Foto
Azərbaycan-Qazaxıstan sənədləri mübadilə olunub
Xarici siyasət13:50
Ermənistan və Türkiyə Gümrü-Qars dəmir yolunun bərpasını müzakirə edəcək
Region13:47
Azərbaycan ötən ay genişzolaqlı internetin orta sürətinə görə Cənubi Qafqazda liderliyini saxlayıb
İKT13:47
Foto
Azərbaycan və Ermənistan parlament sədrlərinin görüşü keçirilib - ƏLAVƏ OLUNUB
Xarici siyasət13:43
AFFA U-13 Liqasında çıxış edən komanda yarışdan kənarlaşdırılıb
Futbol13:43