Komanda yoldaşı Ronalduya görə karantinə alına bilər
Futbol
- 14 oktyabr, 2020
- 08:35
İngiltərənin "Mançester Yunayted" klubunun futbolçusu Brunu Fernandeş 14 günlük karantinə alına bilər.
"Report" "A Bola" nəşrinə istinadən xəbər verir ki, səbəb onun Portuqaliya yığmasındakı komanda yoldaşı Kriştianu Ronaldunun koronavirusa yoluxmasıdır.
Britaniya hökumətinin təlimatlarına əsasən, koronavirus xəstəsi ilə təmasda olan şəxs ölkəyə qayıtdıqdan sonra 14 günlük karantinə alınmalıdır. Bu qaydanın portuqaliyalı oyunçuya şamil edilməmə ehtimalı da var. Belə olacağı təqdirdə, Fernandeş "qırmızı şeytanlar"ın heyətində qarşıdakı 4 oyunu buraxacaq.
Qeyd edək ki, Portuqaliya Futbol Federasiyası Kriştianu Ronaldunun koronavirusa yoluxduğunu ötən gün açıqlayıb. Yığma bu gün Millətlər Liqasının IV tur matçında İsveçi qəbul edəcək.
Son xəbərlər
08:16
Azərbaycanın MMA döyüşçüsü UFC-dəki növbəti görüşündə məğlub olub
Fərdi08:01
İstanbuldan Tehrana uçan təyyarə Ankarada təcili eniş edib
Region07:36
Uiteker: Sülh sazişi Rusiya-Ukrayna müharibəsinin həllində ilk addım olacaq
Digər ölkələr07:11
Tramp: İran ABŞ ilə ciddi danışıqlar aparır
Digər ölkələr06:47
Qətərin Baş naziri İranın TŞ rəhbəri ilə regional gərginliyin azaldılmasını müzakirə edib
Digər ölkələr06:22
Fil Dişi sahilində yol qəzasında 14 nəfər ölüb
Digər ölkələr05:55
Tonqa Krallığı sahillərində 5,8 maqnitudada zəlzələ olub
Digər ölkələr05:31
İranın Təhlükəsizlik Şurası: ABŞ ilə danışıqlar sisteminin formalaşması inkişaf edir
Region05:04