Klopp Almaniya millisinin baş məşqçi postuna əsas namizəddir
Futbol
- 02 aprel, 2020
- 05:43
Almaniya milli komandası hazırkı baş məşqçi Yoahim Lövün əvəzinə İngiltərə "Liverpul"undan Yurgen Kloppu əsas namizəd kimi nəzərdən keçirir.
"Report"un "Mirror" nəşrinə istinadən verdiyi məlumata görə, bunu nəzərə alan klub Kloppu saxlamaq üçün ciddi tədbirlər görməli olacaq. Hərçənd, Almaniyalı mütəxəssis yığmaya mümkün təyinatını karyerasının məntiqli inkişafı kimi qarşılayır.
53 yaşlı baş məşqçi 2015-ci ilin oktyabrından rəhbərlik etdiyi klubu dünya futbolunda əsas mövqelərə qaytarmağı bacarıb. Ötən mövsüm "Liverpul" Premyer Liqada özləri üçün rekord sayda - 97 xal toplasa da, qızıl medal qazana bilməyib. Əvəzində bu klub Çempionlar Liqasını əldə edib. Klopp mersisaydlılarla müqaviləsini ötən ilin payızında 2024-cü ilədək uzadıb.
Son xəbərlər
00:28
DÇ-2026: Keyn və Bellinqem İngiltərə-Fransa matçının start heyətinə daxil edilməyiblər
Futbol23:56
Serbiya ABŞ ilə enerji infrastrukturu sahəsində anlaşma memorandumu imzalayıb
Digər ölkələr23:42
CENTCOM: İran limanlarının blokadası çərçivəsində sutka ərzində beş gəminin istiqaməti dəyişdirilib
Digər ölkələr23:27
İzmirdə 39 qanunsuz miqrant saxlanılıb
Region23:11
Uqandada avtobus qəzasında ölənlərin sayı 24-ə yüksəlib
Digər ölkələr22:58
ABŞ tarixində ilk dəfə xarici terrorçuların ölkədən çıxarılması mexanizmi işə salınıb
Digər ölkələr22:45
Rusiyada "Mi-2" helikopteri qəzaya uğrayıb, pilot həlak olub
Region22:36
CNN: ABŞ Səudiyyə Ərəbistanına uranın zənginləşdirilməsi yolunu açır
Digər ölkələr22:29
Video