Klesio Bauk "Zirə"dən ayrılma səbəbini açıqladı
Futbol
- 25 may, 2021
- 07:08
Mozambikli futbolçu Klesio Bauk "Zirə"dən ayrılma səbəbini açıqlayıb.
27 yaşlı hücumçu "Report"a deyib ki, klub rəhbərliyi ilə yeni müqavilə şərtlərində razılığa gələ bilməyib. O, klubdan məvacibinin yaxşılaşdırılmasını istəsə də, müsbət cavab almadığını söyləyib: "Baş məşqçi Rəşad Sadıqovla söhbətimiz oldu. Dedi ki, mən də sənin daha yaxşı şərtlərlə burada qalmağını istərdim. Amma bu, alınmadı. Nəticədə yollarımızı ayırdıq".
Hələlik heç bir klubdan təklif almadığını deyən təcrübəli oyunçu agentinin bu işlərlə məşğul olduğunu vurğulayıb: "Gözləyirəm. Nəyin necə olacağını zaman göstərəcək".
Qeyd edək ki, Klesio Bauk "Zirə"yə ötən yay "Qəbələ" klubundan keçmişdi.
Son xəbərlər
08:13
ABŞ İrana üçüncü zərbələr dalğasını başa çatdırıb - YENİLƏNİB
Digər ölkələr07:48
DÇ-2026: Yarımfinal mərhələsinin cütləri müəyyənləşib
Futbol07:45
DÇ-2026: Argentina yarımfinala yüksələn sonuncu komanda olub - YENİLƏNİB-8
Futbol07:38
"SpaceX" iyulun 16-da "Starship"in yeni sınaqlarını keçirəcək
Digər ölkələr07:11
İran ABŞ-nin regiondakı hədəflərinə zərbələr endirib
Region06:44
Dövlət icra məmuru fəaliyyəti ilə məşğul olmaq istəyənlər bu gün imtahan verəcəklər
Daxili siyasət06:35
Bu gün abituriyentlər I və IV ixtisas qrupları üzrə imtahan verəcəklər
Elm və təhsil06:13
Britaniyada keçmiş deputatın qətlində şübhəli bilinən şəxs saxlanılıb
Digər ölkələr05:42