KİV: "Yuventus" polşalı hücumçunu transfer edir
Futbol
- 20 dekabr, 2020
- 11:14
İtaliyanın "Napoli" klubunun futbolçusu Arkadiuş Milik komandadan ayrılacaq.
"Report" "Tuttosport"a istinadən xəbər verir ki, 26 yaşlı hücumçu qış transfer dönəmində "Yuventus"a keçəcək.
Turin təmsilçisi polşalı oyunçunun transferi üçün qarşı tərəflə razılığa gəlib. Ölkə çempionu Milik üçün "Napoli"yə 18 milyon avro ödəyəcək.
Qeyd edək ki, Arkadiuş Milik cari mövsüm "Napoli" forması ilə meydana çıxmayıb. Neapol təmsiçisi onun adını heç bir turnirin iştirak ərizəsinə daxil etməyib.
Son xəbərlər
04:01
DÇ-2026: Uruqvay - İspaniya matçı start götürüb
Futbol04:01
DÇ-2026: Kabo Verde - Səudiyyə Ərəbistanı oyunu başlayıb
Futbol03:54
Pap Tyav: "Seneqal millisinin taleyi öz əlində deyil"
Futbol03:41
ABŞ təyyarəsi İrana zərbələrdən sonra Fars körfəzində patrul xidməti həyata keçirir
Region03:41
Fransa millisinin məşqçisi Qi Stefan: "Norveçlə matçda üzərimizə düşəni yerinə yetirdik"
Futbol03:32
Stole Solbakken: "Dembelenin Norveçə vurduğu ilk iki qol dünya çempionatı səviyyəsində idi"
Futbol03:08
Vens: ABŞ zorakılığa zorakılıqla cavab verəcək
Region02:54
Dünya çempionatında Venesuela zəlzələsi qurbanlarının xatirəsi yad edilib
Cəmiyyət02:16