KİV: "Barselona" Hansi Fliki əvəzləmək variantlarını nəzərdən keçirir

Futbol
  • 28 noyabr, 2025
  • 08:56
KİV: Barselona Hansi Fliki əvəzləmək variantlarını nəzərdən keçirir

"Barselona" klubunun rəhbərliyi baş məşqçi Hans-Diter Fliki əvəzləmək variantlarını nəzərdən keçirir.

Bu barədə "Report" "El Chiringuito"ya istinadən xəbər verir.

Mənbənin sözlərinə görə, almaniyalı mütəxəssisin klubla davam etməkdənsə, mövsümün sonunda ayrılmaq ehtimalı daha çoxdur.

Flik komandanın qeyri-sabit nəticələrinə görə böyük təzyiq altındadır və bəzi tənqidləri haqsız hesab edir. Vəziyyət bir neçə oyunçu, xüsusən də Lamin Yamal və Robert Levandovski ilə münasibətlərin gərginləşməsi nəticəsində daha da ağırlaşıb.

Klub prezidenti Joan Laporta və idman direktoru Deko artıq mümkün əvəzediciləri nəzərdən keçirir. Luis Enrike əsas namizəddir, lakin PSJ onu buraxmaq fikrində deyil.

Digər namizəd isə "Komo"nu (İtaliya) çalışdıran Sesk Fabreqasdır.

Son xəbərlər

Bütün Xəbər Lenti