"Keşlə"nin qapıçısı millinin heyətindən çıxarıldı
Futbol
- 31 may, 2021
- 13:14
"Keşlə"nin qapıçısı Stanislav Namaşko Moldova yığmasının heyətində iyunun 3-də Türkiyə millisi ilə matçda iştirak etməyəcək.
"Report" yerli federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Roberto Bordin 35 yaşlı qolkiperi oyunun iştirak ərizəsinə daxil etməyib.
Moldova mətbuatı bəzi oyunçuların zədəli və ya klublarında bəzi qarşılaşmalarda iştirak etdikləri üçün heyətdə yer almadığını yazıb. Digər 7 futbolçunun iyunun 6-da Kişineuda Azərbaycanla matçda iştirak edə biləcəyi gözlənilir.
Qeyd edək ki, Moldova - Azərbaycan oyunu Kişineuda təşkil olunacaq. "Keşlə" mayın 24-də "Sumqayıt"ı final oyununda 1:0 hesabı ilə yenərək, Azərbaycan Kubokunu qazanıb.
Son xəbərlər
00:35
Tramp ABŞ-nin İranın enerji obyektlərinə 10 gün zərbə endirməyəcəyini bəyan edib
Digər ölkələr00:23
Ermənistanla Fransa arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq müzakirə edilib
Region00:08
Rubio İranla danışıqlarda irəliləyiş olduğunu bildirib
Digər ölkələr00:01
Livanda iki İsrail əsgəri həlak olub
Digər ölkələr23:48
Foto
Rusiyanın İrana göndərdiyi humanitar yardım "Astara" stansiyasına çatıb
İnfrastruktur23:37
Yaxın Şərqdəki böhran səbəbindən Meksikada yanacaq qiymətləri artıb
Digər ölkələr23:23
Qrossi Buşehr AES-yə endirilən zərbələrlə bağlı narahatlığını ifadə edib
Digər ölkələr23:03
DÇ-2026: Rumıniyanı məğlub edən Türkiyə millisi pley-off finalına vəsiqə qazanıb
Futbol22:55